Intel Core i7-14700K prosessoru Intel-in 14-cü nəsil Raptor Lake Refresh arxitekturasının ən yüksək performanslı və populyar masaüstü prosessorlarından biridir. 20 nüvə (8 Performans + 12 Səmərəlilik nüvəsi) və 28 axınlı strukturu, 5.6 GHz-ə qədər yüksələn Turbo Boost tezliyi ilə həm oyunlarda, həm də ağır işlərdə rəqabətsiz güc təqdim edir. Yüksək l3 kes yaddaşı və overclock dəstəyi (K seriyası) sayəsində performansı daha da artırmaq mümkündür. 3D render, video montaj və canlı yayım üçün idealdır. Gamingstore.az olaraq biz sizə rəsmi zəmanətli Intel Core i7-14700K prosessorunu təqdim edirik. Bakı daxilində sürətli çatdırılma və Birkart/Tamkart ilə hissə-hissə faizsiz taksit ödəmə imkanımız mövcuddur.

Tək nəticə göstərilir