2026 üçün notbuk qiymətləri üçün bazar proqnozu
Son aylarda kompüter və elektronika bazarında baş verən dəyişikliklər istifadəçilərdə ciddi sual yaradır: 2026-ci ildə kompüterlərin qiymətləri bahalaşacaqmı? Gamingstore.az olaraq həm istehlakçıları, həm də oyun və peşəkar istifadəçiləri maraqlandıran bu mövzunu detallı şəkildə araşdırdıq.
Kompüter qiymətlərinin qalxması artıq qapımızdadır:
Belə ki:
2025-ci ilin son ayında Azərbaycan bazarında RAM və SSD qiymətlərində bir neçə dəfə artım müşahidə olunur. Bu artımın dünyadakı qlobal proseslərlə bağlı olduğu artıq məlumdur. RAM və SSD bahalaşması artıq masaüstü kompüterlərin bahalaşmasına səbəb olmuşdur. Noutbukların isə artıq dekabr ayında bu proseslərdən təsirlənəcəyi gözlənilir.
🔼 SSD və RAM-ların qiymətləri niyə bahalaşır?
2025-ci il informasiya texnologiyaları bazarında da ciddi dəyişikliklərin baş verdiyi bir mərhələdir. Ən çox nəzərə çarpan süni intelekt (Aİ) sahəsindəki inqilabdır. Aşağıda kompüter hissələrinin bahalaşmasına təsir edən amilləri sadalayaqI
💠 1. Süni intelekt bazarının sürətlə böyüməsi
Süni intellektə olan qlobal tələbin kəskin artması RAM və SSD kimi yaddaş komponentlərinə olan ehtiyacı birbaşa yüksəldir. AI modelləri böyük həcmli məlumat işlədiyi üçün həm sürətli SSD-lərə, həm də yüksək tutumlu RAM-lara ciddi tələbat yaranır. Bu səbəbdən istehsalçılar resursların böyük hissəsini server və AI sistemlərinə yönəldir, nəticədə adi kompüterlər üçün təklif azalır. Təklifin azalması isə bazarda qiymətlərin yüksəlməsinə səbəb olur. Nəticədə, süni intellekt bazarının genişlənməsi 2025–2026-cı illərdə RAM və SSD qiymətlərinin bahalaşmasının əsas amillərindən birinə çevrilib.
💠 2. Çip istehsalçılarında tələbin artması
Samsung, SK Hynix və Micron kimi nəhənglər server, AI, data-center bazarından gələn yüksək tələbə görə RAM istehsalını bu sektorlara yönəldirlər. Nəticə:
- Standart PC üçün RAM təklifi azalır
- Qiymətlər yüksəlir
Xüsusilə server RAM-larındakı tələb, DDR5 notebook RAM-larının qiymətini xüsusilə yuxarı çəkir.
💠 3. NAND və DRAM fabriklərində istehsalın məhdudlaşdırılması
2023-cü ildən başlayaraq çip istehsalçıları bazarı tənzimləmək üçün istehsalı qəsdən azaltmışdı. Bu siyasətin təsirləri hələ də davam edir və nəticədə RAM kifayət qədər ucuzlaşmır — əksinə, yenidən bahalaşmağa başlayır.
💠 4. Yeni nəsil laptopların daha yüksək RAM tələb etməsi
2025-ci ildə çıxan yeni noutbukların çoxu:
- minimum 16 GB
- AI funksiyalarında daha stabil performans üçün 24 GB və 32 GB
RAM-larla gəlir. Bu isə RAM istehsalına əlavə yük salır və qiymət artımını gücləndirir.
🎮 Gaming laptop və PC-lərdə qiymət artımı daha çox olacaq
Oyun kompüterlərində istifadə olunan:
- yüksək güclü GPU-lar (RTX 5060, 5070, 5090…)
- Yüksək RAM yaddaşları (32GB+),
- Yüksək SSD yaddaşları (1TB+)
hamısı bahalı komponentlərdir. Buna görə 2026-də sadə noutbuklarda 10-15 faiz bahalaşma gözlənilsə də, gaming noutbuklarda 15–25% arası qiymət artımı gözlənilir.
📉 Qiymətlər nə vaxt ucuzlaşa bilər?
Təxmini olaraq:
- 2026-ci ilin sonuna doğru,
- yeni nəsil məhsulların kütləvi istehsal mərhələsinə keçid olanda,
- Yeni zavodların işə salınması nəticəsində
bazarda yüngül qiymət enişi ola bilər. Amma 2026-in ilk yarısına qədər əksinə, qiymətlər daha çox yüksələcəyi deyilir.
✔ Nəticə: İndi almaq sərfəlidir, yoxsa gözləmək?
Əgər yeni kompüter almağı düşünürsünüzsə:
- Gaming PC / Gaming laptop → indi almaq daha sərfəlidir (bahalaşma gəlir)
- Ofis / orta səviyyəli noutbuklar → ciddi bahalaşma gözlənilmir, amma yenə də ən azı 10-15% miqdarda artım olacağı mütləqdir.
- Yığma kompüterlər → RAM, SSD və GPU qiymətlərinə görə daha çox artım ehtimalı yüksəkdir
Gamingstore.az olaraq bazarı izləməyə davam edirik və ən sərfəli modelləri sizə təqdim edirik.
